Əməkdar artistin yubileyi harda keçiriləcək?

MƏDƏNİYYƏT
20:54 / 14.02.2024
340

Əməkdar artist Azad Şükürovun 65 illik yubileyi keçiriləcək.

Bu barədə Hit.az-a onun özü məlumat verib. Aktyor bildirib ki, yubiley tədbiri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş tutacaq:

"Təmtəraqlı tədbirləri sevmirəm. Yubiley mərasimi dostlarımla birlikdə qeyd etdim. Dostlar, tanışlar məni təbrik etdi. Yubiley tədbiri işlədiyim universitetdə davam edəcək".

Azad Şükürov bildirib ki, 65 illik yubiley mərasimi ilə bağlı ona Mədəniyyət Nazirliyi, yaxud da hansısa teatr rəhbərliyi tərəfindən hər hansı mükafat təqdim olunmayıb.

Azra

0