Daha bir prezident karantinə alındı - FOTO

SİYASƏT
11:06 / 25.06.2020
1725

Seneqal Prezidenti Makki Sall 15 günlük karantinə alınıb.

Bu barədə ölkənin Prezident Administrasiyası məlumat yayıb.

Xəbərə görə, Sall koronavirusa yoluxmuş insanlarla təmasda olub. Onun COVID-19 testi neqativ çıxsa da, qabaqlayıcı tədbirlər çərçivəsində izolyasiya edilib.

Bununla yanaşı, Seneqal parlamentində koronavirusa yoluxma aşkarlanıb.

Seneqal Səhiyyə Nazirliyinə bağlı Təcili Sağlamlıq Əməliyyat Mərkəzinin direktoru Abdulaye Bousso ölkədə 150-dən çox tibb işçisinin COVID-19-a yoluxduğunu açıqlayıb.

Xatırladaq ki, Qırğızıstan Prezidenti Suronbay Jeenbekov da ötən gün eyni səbəbdən karantinə alınmışdı.

0
Publika.az