İlham Əliyev Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib

SİYASƏT
12:05 / 28.11.2026
74

Azərbaycan Prezidenti İlham Əliyev Baş nazir Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib.

Hit.az-ın məlumatına görə, dövlət başçısının imzaladığı Sərəncamda deyilir:

"Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında xüsusi xidmətlərinə görə Əli Hidayət oğlu Əsədov "Şərəf" ordeni ilə təltif edilsin".

Qeyd edək ki, Baş nazir Əli Əsədovun noyabrın 30-da 70 yaşı tamam olur.

0