"Alfa Romeo"dan məcburi dəyişiklik: Bundan sonra...

AVTO
11:54 / 31.05.2024
1428

İtaliyanın nəhəng avtomobil istehsalçısı "Alfa Romeo" məcburi bir addım atacaq.

Hit.az xəbər verir ki, söhbət avtomobildəki qeydiyyat nişanının yerinin dəyişdirilməsindən gedir.

İndiyə kimi avtomobillərində sol tərəfində olan qeydiyyat nişanlarının yeri dəyişdiriləcək. Daha dəqiq desək bundan sonra nömrələr avtomobilin mərkəzində yer alacaq. Bu addım Avropa İttifaqının yeni qaydalarına əsasən məcburi atılacaq. Çünki yeni qaydalara görə Avropadakı bütün avtomobillərdə nömrələr ortada olmalıdır.

Qeyd edək ki, nömrənin ortada olmasındakı məqsəd qəzalar zamanı insanların xəsarət almasını minimuma endirməkdir.

Pərviz

0