Ucuz avtomobillər adətən həm münasib qiyməti, həm də aşağı yanacaq sərfiyyatı ilə seçilir. Lakin bəzi modellər bu gözləntiləri doğrultmur. Hətta nisbətən kiçik və əlçatan avtomobillər arasında da kifayət qədər çox yanacaq sərf edən variantlar var.
HİT.az xəbər verir ki, “Jalopnik” nəşri yanacaq sərfiyyatı ilə seçilən 9 nisbətən ucuz avtomobil modelinin siyahısını dərc edib.
Siyahıda yer alan avtomobillərin 100 kilometrə yanacaq sərfiyyatı 9,4 litrdən başlayaraq 12,4 litrədək yüksəlir.
Ən çox yanacaq sərf edən 9 model:
1. Ford EcoSport 2.0L AWD (2018–2022) – 100 km-ə 9,4 litr;
2. Scion xB (2008–2015) – 100 km-ə 9,8 litr;
3. Dodge Caliber 2.4L CVT (2007–2008) – 100 km-ə 10 litr;
4. Chevrolet Lacetti/Suzuki Reno avtomat sürətlər qutusu ilə (2005–2008) – 100 km-ə 10,7 litr;
5. Volkswagen Jetta 2.0L avtomat sürətlər qutusu ilə (1999–2001) – 100 km-ə 10,7 litr;
6. Subaru Impreza 2.5i (2008–2011) – 100 km-ə 10,7 litr;
7. Chevrolet Evanda/Suzuki Verona (2004–2006) – 100 km-ə 11,8 litr;
8. Chrysler PT Cruiser 2.4L avtomat sürətlər qutusu ilə (2003) – 100 km-ə 11,8 litr;
9. Ford Taurus 3.0L Vulcan V6 (2001) – 100 km-ə 12,4 litr.
Reytinqdə ən çox yanacaq sərf edən avtomobil 3 litrlik V6 mühərriklə təchiz olunmuş Ford Taurus olub. 1999–2006-cı illərdə istehsal edilən dördüncü nəsil model sedan və universal kuzov variantlarında təklif edilib.
Ford Taurus bu nəsildə 3 litrlik V6 mühərrikin iki versiyası ilə istehsal olunub: 12 klapanlı Vulcan və 24 klapanlı Duratec. Cəmi 155 at gücünə malik Vulcan mühərriki belə qənaətcil yanacaq sərfiyyatı ilə seçilməyib.
Qeyd edək ki, siyahıdakı göstəricilər modellərin müvafiq mühərrik və transmissiya versiyalarına aiddir. Faktiki yanacaq sərfiyyatı avtomobilin texniki vəziyyətindən, hərəkət şəraitindən və sürücülük tərzindən asılı olaraq dəyişə bilər.
Samir


