Avropanın ən az problemli avtomobilləri bəlli oldu - SİYAHI

AVTO
11:32 / 03.06.2024
1462

Avropanın ən az problemli avtomobil markalarının adı bəlli olub.

Hit.az xəbər verir ki, bu barədə 25 ölkədə araşdırma aparılıb.

29 min 873 avtomobil sürücüsü ilə söhbət aparılıb. Araşdırmada 35 avtomobilin 276 modeli incələnib. Daha sonra nəticələr açıqlanıb. Maraqlıdır ki, Çin avtomobilləri bazarda çox az hissəyə sahib olduğu üçün siyahıya daxil edilməyib. 

Lakin siyahıya yapon avtomobilləri damğa vurub. Belə ki, ən təhlükəsiz avtomobillər siyahısında ilk onluqda 7 Yaponiya modeli olub. ABŞ, İngiltərə, Fransa və Almaniya modelləri isə olduqca geridə qalıb. 

Mühərrik növünə görə Avropadakı ən etibarlı avtomobillər aşağıdakılardır:

* Benzin: "Audi A1", "Volkswagen", "T-Cross" və "Mazda CX-5" 

* Benzin hibridləri: "Fiat Panda" və "Suzuki Ignis" 

* Yenidən doldurulan hibrid: "Ford Kuga PHEV" 

* Elektromobil: "Tesla Model Y" 

* Dizel: "Audi Q5" 

Ən az problem yaradan markalar isə aşağıdakılardır:

1. "Lexus" 

2. "Suzuki" 

3. "Subaru" 

4. "Toyota" 

5. "Cupra" 

6. "Kia"

7. "Smart" 

8. "Honda" 

9. "Mitsubishi" 

10. "Nissan"

Pərviz

0