"Mercedes 190" modelinin ən böyük problemləri nələrdir?

AVTO
12:01 / 04.06.2024
1550

Dünyaca məşhur avtomobil markası "Mercedes"in klassik modellərindən biri heç şübhəsiz ki, "190" modelidir.

Hit.az bilirir ki, artıq "Mercedes 190" modelləri klassikalar arasında göstərilir. 

Bu da bir reallıqdır ki, sözügedən avtomobillər bir dönəmə damğa vuraraq ən çox satılanlardan olmuşdu.

Lakin müasir avtomobillərin, xüsusilə elektromobillərin istehsal olunması ilə bir çox model kimi "Mercedes 190" modeli də geri plana düşdü. Buna baxmayaraq, hələ də sözügedən avtomobillərə təlabat olduğunu demək lazımdır. Yanacaq sərfiyyatı və mühərrik gücü bu gün belə "Mercedes 190" modelini arzuolunan edir. Amma sürücülər bu avtomobillərdə bir çox problemlərlə qarşılaşırlar.

Bəs həmin problemlər hansılardır?

"Mercedes 190" modelindəki əsas problemlərin başında avtomobillərdə olan çürüklər gəlib. İstehsal ilinin üstündən uzun illər keçməsi səbəbilə bu modelin bir çox avtomobilinin müəyyən hissələrində çürüklərə və paslara rast gəlmək mümkündür.

Həmçinin, bəzi hissələrini tam təmir etmədən də satışa çıxaranlar var. Ustalar bildirirlər ki, xüsusilə bu avtomobillərin qapılarına, qapılarının altlarına, akkumulyatorın altına və baqajın yan hissələrinə diqqət yetirmək lazımdır. Bundan əlavə, mərkəzi kilidləmə sistemində də zaman-zaman problemlər meydana gəlir. 

Eyni zamanda, "Mercedes 190" avtomobillərinin qapılarının örtükləri də ciddi problem mənbəyi hesab olunur. Buna səbəb onların tez xarab olması, həmin hissələrin isə tapılmamasıdır. Üstəlik, əksər modellərdə qapıların pis vəziyyətdə olduğunu qeyd etmək yerinə düşər. 

Ustaların sözlərinə görə, bu modelin əksəriyyətində lyukla bağlı problemlərə də tez-tez rast gəlinir. Bütün bu səbəblərə görə, "Mercedes 190" alarkən diqqətli olmağınız və mütləq şəkildə ustaya apararaq yoxlatmağınız tövsiyə olunur. Tam texniki baxışdan keçirdikdən sonra isə ala bilərsiniz...

Pərviz

0