Satılan 6 avtomobildən biri Çinin olacaq

AVTO
12:52 / 01.07.2024
791

Son illərdə Çin istehsalı olan avtomobillərə maraq artmağa davam edir.

Hit.az xəbər verir ki, sözügedən modellərin istifadəsinin qarşıdakı illərdə daha da artacağı proqnozlaşdırılır.

Belə ki, aparılan araşdırmalara görə, Çin avtomobillərinin dünya bazarındakı payı 2030-cu ilə qədər 33 faizə qədər yüksələcək. Maraq üçün qeyd edək ki, hazırda sözügedən avtomobillərin dünya bazarındakı payı təxminən 21 faiz təşkil edir. 

Üstəlik, qarşıdakı 6 ildə dünyada satılan hər 6 avtomobildən birinin Çinə aid markalardan olacağı da gözlənilir. 

Pərviz

0