İkinci əl "Renault Clio" neçəyədir? - QİYMƏTLƏR

AVTO
12:18 / 10.09.2024
1001

Son zamanlarda sürücülər daha çox ekonom avtomobillərə yönəliblər. 

Az benzin istifadə etməsi bu avtomobillərə olan tələbatı artırır. Belə markalardan biri də Fransanın "Renault" brendidir. Bu cəhətdən sözügedən modelin "Clio" avtomobili ön plana çıxır. 

Avtomobilin 0,9 1,2, və 1,5 litrlik mühərrikə sahib versiyaları istehsal olunub. Əlbəttə ki, bu da onu olduqca tələbatlı edir. 

Bəs "Renault Clio" avtomobilini almaq üçün nə qədər pul lazımdır? 

Hit.az saytının araşdırmasına əsasən, ölkəmizdə "Clio" modelinin daha çox 2007, 2008 və 2009-cu ildə istehsal olunan avtomobilləri satılır. Onların qiyməti isə 8,500 manatdan başlayır. Həmçinin, bu avtomobilin dəyəri 9-10 min manat və daha yuxarı olan modelləri də satışda var. Lakin yaxşı vəziyyətdə ikinci əl "Renault Clio"ya sahib olmaq istəyirsinizsə, azı 10 min manatınızdan keçməlisiniz.

Pərviz

0