"Peugeot" iki modelini yenilədi: Nələr dəyişdi?

AVTO
10:51 / 18.09.2024
778

Fransanın avtomobil istehsalçısı "Peugeot" "E-3008" və "E-5008" modellərini yeniləyib.

Hit.az xəbər verir ki, sözügedən modellər 96,9 kVt/saat tutumlu "uzun mənzilli" batereyalarla təchiz olunub.

Bu batereyalar əvvəlki 73 kVt-saat olan batereyadan cəmi 15 mm daha qalındır. Üstəlik, yeni batereyalar 20 faizdən 80 faizə sadəcə 27 dəqiqə ərzində enerji yığır. Həmin avtomobillərin 230 at gücündə olacağı da bildirilib. Bununla da sözügedən modellər 668 və 700 kilometr məsafə təklif edir.

Qeyd edək ki, "Peugeot" son yeniləmələrdən sonra "E-3008" və "E-5008" modelləri üçün 8 il, 160 kilometr zəmanət verdiyini elan edib.

Pərviz

0