"BYD" Türkiyədə 4 modelini təqdim etdi - XÜSUSİYYƏTLƏRİ

AVTO
10:57 / 16.11.2024
719

Çinin nəhəng avtomobil şirkəti "BYD" Türkiyədə 4 yeni modelini satışa çıxarıb.

Hit.az xəbər verir ki, sözügedən modellərin təqdimatı İstanbul şəhərində keçirilib.

"BYD" tərəfindən "ATTO 3", "SEAL U DM-i", "DOLPHIN" və "SEAL U EV" modellərinin noyabr ayından Türkiyəyə tədarükünün başlanılacağı açıqlanıb. Qardaş ölkədə ilin sonuna qədər 6 min avtomobil satmağın hədəfləndiyi də qeyd olunub.

Qardaş ölkədə satışa çıxacaq modellərin qiymətləri belədir:

* "BYD ATTO 3": 1.490.000 TL
* "SEAL U DM-i": 1.850.000 TL
* "SEAL U EV":1.790.000 TL
* "DOLPHIN": 1.280.000 TL

Modellərin xüsusiyyətləri isə aşağıdakı kimidir:

1. "BYD ATTO 3": 420 km məsafə qət edə bilir. 204 at gücündədir. 0-dan 100 kilometr sürətə 7,3 saniyədə çatır. 

2. "SEAL U DM-i": Hibrid model 145 kVt (197 at gücü) elektrik mühərriki və 72 kVt (98 at gücü) benzin mühərrikinə sahibdir. Toplamda 1080 kilometr mənzil vəd edir. 

3. "SEAL U EV": Tam elektriklə işləyən bu model 87 kVt/saatlıq "Blade" batareyası ilə 500 km məsafə qət edə bilir. 218 at gücündədir. Elektrik mühərriki ilə 0-dan 100 kilometr sürətə 9,6 saniyəyə çatır. 

4. "DOLPHIN": Bu avtomobil isə 427 kilometr məsafə qət edə bilir. 150 kVt (204 at gücü) güc, 60,4 kWh Blade batareyası ilə təchiz olunub. 0-dan 100 kilometr sürəti 7 saniyədə yığır.

Pərviz

0