"Xiaomi"dən elektromobil istehsalında inanılmaz NƏTİCƏ

AVTO
10:53 / 18.11.2024
675

Çinin "Xiaomi" şirkəti elektromobil bazarına sürətli giriş edib.

Hit.az xəbər verir ki, şirkət qısa zamanda böyük uğura nail olub.

Belə ki, sadəcə 230 gündə 100 min ədəd "SU7" avtomobili istehsal olunub. Yəni şirkət 8 aya 100 min avtomobil istehsal edib. "Xiaomi" istehsalını daha da gücləndirmək və bazardakı payını artırmağı hədəflədiyini açıqlayıb. 

Bundan başqa, Çin brendi noyabr ayında 100 min avtomobil tədarük etməyi də hədəfləyir. Bu da reallaşacağı təqdirdə, "Xiaomi" inanılmaz bir işə imza atmış olacaq. 

Qeyd edək ki, şirkət gələn il isə yeni elektrikli SUV modelini satışa çıxarmağa hazırlaşır.

Pərviz

0