Elektromobilə olan marağın səbəbini TEXNOLOQ AÇIQLADI

AVTO
19:32 / 29.11.2024
517

Azərbaycanda diqqət etsək, 10 maşından 7-nin elektromobil olduğunu görərik.

Diqqətə çatdıraq ki, bu artım son 1-2 ərzində baş verib. 

Maraqlıdır, insanların elektromobilə qaçma səbəbi nədir?

Bu barədə Hit.az-a açıqlama verən texnoloq Aydın Rüstəmov deyib ki, son illərdə elektromobillərə artan maraq bir sıra səbəblərlə əlaqədardır:

“Həm dünyada, həm də Azərbaycanda ətraf mühitə dair təmiz enerji ilə bağlı həssaslıq artdıqca və texnologiyaların inkişafı davam etdikcə, elektromobillərin istifadəsi daha populyar olur. Azərbaycanda son illərdə elektrik yükləmə stansiyalarının sayının artması, elektromobillərin istifadəsini daha rahat və əlverişli edir. Bakı və digər böyük şəhərlərdə bu növ stansiyalar artıb və sürücülər avtomobillərini daha asanlıqla doldura bilirlər. Bu da elektromobil istifadəçilərinin rahatlığını təmin edir və onların sayı artır. 

Dünyada olduğu kimi, Azərbaycanda da son illərdə yanacaq qiymətlərinin artması elektromobilə keçidi stimullaşdıran faktorlardan biridir. Benzin və dizel qiymətlərinin artması, sürücüləri elektrik enerjisi ilə işləyən daha sərfəli və iqtisadi baxımdan daha əlverişli avtomobillərə yönləndirir”.

Murad


 

0