Turistləri daşıyan avtobus qəzaya uğradı: 18 ÖLÜ

DÜNYA
20:40 / 10.07.2021
1128

Əlcəzairin şimal-şərqində turistləri daşıyan avtobusun yük avtomobilinin qoşqusu ilə toqquşması nəticəsində azı 18 nəfər ölüb.

HİT.az xarici KİV-ə istinadən xəbər verir ki, avtomobil qəzası Cijel və Konstantin şəhərlərini birləşdirən yolda baş verib. Yaralanan 11 nəfər xəstəxanaya yerləşdirilib.

Polis hadisənin səbəbini araşdırır.

0