Polşa XİN rəhbəri müxalifət liderini "danışan meymun" adlandırdı

DÜNYA
16:53 / 17.05.2024
249

Polşanın xarici işlər naziri Radoslav Sikorski müxalifətdə olan Hüquq və Ədalət Partiyasının rəhbəri Yaroslav Kaçinski haqqında xoşagəlməz danışıb, nazir onu "danışan meymun" adlandırıb. 

HİT.az xəbər verir ki, Polşa xarici işlər nazirinin sözlərini dziennik.pl portalı dərc edib.

"Cənab Kaçinskiyə lütfən məlumat verin ki, o, danışan meymundur", deyə Sikorski qeyd edib.

Qeyd olunur ki, Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Kaçinskinin "İnkişafın Avropa versiyası dini məhv etmək və insanları heyvana çevirmək istəyir. Qərbdə azadlıq geri çəkilir" bəyanatına belə kəskin reaksiya verib. 

Bundan əvvəl Kaçinski Polşanın baş naziri Donald Tusku çevrilişdə günahlandırıb və ömürlük həbslə hədələyib. Kaçinskinin fikrincə, Polşada baş verənlər Polşa dövlətinin boz zonaya çevriləcəyi Almaniya-Rusiya sistemini yenidən yaratmaq məqsədi ilə digər ölkələrin maraqlarına xidmət edir.

Samir

 

0