Ukrayna 2024-cü ildə Rusiya qazının öz ərazisindən tranzitini dayandırmağa hazırlaşmalıdır.
Hit.az xəbər verir ki, bunu GTS Operator şirkətinin keçmiş rəhbəri Sergey Makoqon deyib.
Onun sözlərinə görə, hazırda Ukrayna ərazisindən Rusiya Federasiyasından Avropaya sutkada 35-37 milyon kubmetr qaz keçirilir ki, bu da ildə 13 milyard kubmetrə yaxındır. Ukrayna ilə Rusiya arasında mövcud tranzit müqaviləsi 2024-cü ilin dekabrında başa çatır. Uzunmüddətli müqavilələr əsasında bu qazın əsas alıcıları İtaliya, Avstriya və Slovakiyadır.
"Gözləniləndir ki, qaz tranziti 2024-cü ildən sonra, hətta Avropa tərəfindən Rusiya qazına qarşı sanksiyalar tətbiq edilməsi səbəbindən daha tez dayandırılacaq. Bu ssenariyə hazırlaşmaq üçün mümkün olan ən sürətli addımlar atılmalıdır", deyə ekspert qeyd edib.
Şirkətin keçmiş rəhbəri hesab edir ki, optimallaşdırma tədbirləri hər il GTS-nin texniki xidmət xərclərini 5 milyard qrivnaya qədər azaltmağa imkan verəcək.
2022-ci ilin iyununda “Naftoqaz” Rusiyanın “Qazprom” şirkətinin Ukraynaya qaz tranziti üçün az pul ödədiyini, buna görə də şirkətin yeni beynəlxalq arbitraja başlamağa hazırlaşdığını bildirib.
2019-cu il dekabrın 30-da Ukrayna və Rusiya qazın Avropaya tranziti üçün 5 il müddətinə 10 il uzadılmaq imkanı ilə yeni müqavilə imzalayıblar. Sənəddə nəzərdə tutulur ki, Rusiyanın “Qazprom”u Ukrayna ərazisindən birinci ildə minimum 65 milyard kubmetr, növbəti 4 ilin hər birində isə 40 milyard kubmetr qaz nəql etməlidir.
Samir