Antiterror əməliyyatı: "Şərəf tariximizdir"

HƏRBİ
09:28 / 19.09.2024
131

"2023-cü ilin sentyabr ayında antiterror əməliyyatının keçirilməsi hərbi-taktiki və siyasi-strateji nöqteyi-nəzərdən olduqca vacib idi".

Bu sözləri siyasi şərhçi Aydın Quliyev Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, antiterror əməliyyatının keçirilməsi Azərbaycan dövləti üçün çox vacib idi:

"Əgər bu əməliyyat keçirilməsəydi Ermənistanın Vətən müharibəsindən sonra həmin ərazilərdə yaratdığı mövqeləri aradan qaldırmaq üçün uzun zaman lazım ola bilərdi. Antiterror əməliyyatının çox qısa müddət ərzində uğurla başa çatdırılması Azərbaycanı sonrakı illərdə davam edə biləcək mübarizənin çətinliklərindən xilas etdi". 

358343

Ekspert xatırladıb ki, Ermənistan 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmirdi:

"Ermənilər ərazilirəmizdəki qanunsuz silahlı dəstələri tərk-silah etmək və sahələrimizin minalardan təmizlənməsi kimi tələblərə əməl etmirdilər. Əksinə, Xankəndi, Xocalı, Ağdərə və Xocavənddə yeni döyüş mövqeləri yaradırdılar. 

Bu gün artıq bizə bəllidir ki, ötən ilin sentyabr ayına qədər Ermənistan həmin ərazilərdə saysız-hesabsız atəş və döyüş mövqeləri yaratmışdı. Həmçinin, oralarda minlərlə yeni minalar basdırılıb və yeraltı silah-sursat anbarları inşa edilmişdi". 

Aydın Quliyev vurğulayıb ki, antiterror əməliyyatının keçirilməsi zəruri idi:

"Azərbaycan Ordusu həmin əməliyyatla oradakı qeyri-qanuni erməni silahlı hərbi birləşmələrinin uzun müddət müqavimət göstərmə potensialını sıfıra edirdi, onları məhv etdi. 

Nəzərə almaq lazımdır ki, 44 günlük Vətən müharibəsindən sonra ərazilərimizin müəyyən hissəsinin işğal altında qalması dövlətimizin tam suverenliyinin təmin olunmasına imkan vermirdi. Üstəlik, ölkəmizdə separatçı ocağının olması təhlükəsizliyə birbaşa təhdid idi. Ona görə də antiterror əməliyyatı müstəqil Azərbaycan tarixində suverenliyini təmin edən yolun başlanğıcı idi. Bununla Azərbaycanın suverenliyi tam bərpa edildi. Hesab edirəm ki, bu, bizim şərəf tariximizdir".

Pərviz

0