Tanınmış aktrisa Sevinc Əliyeva iqtisadçı Elşən Muğalovla evlənməsi haqda məlumatlar yayılıb.
Bu barədə konkret.az-a şou-biznes sahəsində olan mənbələrdən məlumat verilib.
Qeyd edək ki, Sevinc Əliyeva rejissor Fuad Əlişovla ailəli olub və Əlişova soyadını daşıyıb. Onların bu evlilikdən iki oğlu və bir qızı dünyaya gəlib.
Lakin aktrisa Sevinc Əliyeva sosial şəbəkə hesabında yazılanları təkzib edib O, evlənmək barədə hələ düşünmədiyini açıqlayıb:
"Məqsədim heç vaxt şəxsi həyatımla gündəmə gəlmək olmayıb. Bunun üçün də addım atmamışam. Hər kəsə bildirmək istəyirəm ki, həyatımda cəmi bir dəfə ailə qurmuşam və həmin nikahdan üç gözəl övladım dünyaya gəlib. Və ikinci dəfə ailə qurmaq barədə fikrim yoxdur. Evlənsəm belə bunu məndən biləcəksiz, xəbər portallarından yox.
İnformasiyada fotosu yerləşdirilən şəxsi isə tanımıram. İzləyicilər arasında olan bir pərəstişkardır. O da rəylərinə tez-tez rast gəlirəm, onun üçün üzü tanış gəldi. Media işçilərindən xahiş edirəm, nə mənim keçmiş həyat yoldaşımın adından istifadə edin, nə də ki, məlumatı dəqiqləşdirməmiş paylaşmayın!"