“Milan”ın hücumçusu İspaniyaya qayıdır 

İDMAN
23:50 / 11.08.2021
1660

İtaliyanın “Milan” klubunun futbolçusu Samu Kastilyexo karyerasını İspaniyada davam etdirə bilər.

Hit.az-ın məlumatına görə, hücumçunun “Xetafe”yə keçməyə yaxındır.

26 yaşlı ispaniyalının keçidi ilə bağlı danışıqlar yekunlaşmaq üzrədir. Tərəflər onun transferi barədə ilkin razılıq əldə edib.

Qeyd edək ki, Kastilyexo ötən mövsüm “Milan”da 43 oyuna 3 qol vurub.

0