"İnsanları ucuz şou-proqramlardan xilas etməliyik” - Sosioloq 

SOSİAL
16:00 / 02.05.2023
879

“Biz əhalini belə ucuz şou-proqramlardan xilas etməliyik”.

Bunu HİT-az açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu evlilik proqramlarından danışarkən deyib. Onun sğzlərinə görə, televiziyalar əhalni daha çox sağlamlıq mədəniyyəti haqında məlumat almağa kökləməlidir:

“Əvvəl evlilik verilişləri Türkiyədə yayımlanırdı, bizimkilər də bu proqramları onlardan götürüb. Bu verilişlərdə bir macəraçılıq, hansısa bir maraq var. Məsələn, biri yaşlanıb, baxır deyir mənim yaşıdlarım bunu edirsə, elə bəlkə mən özüm də kanala çıxım, görüm neynirəm. Bunların bir səbəbi var, o da cəmiyyətdə insanların sağlam informasiya almasının qeydinə qalmamaq. 

Biz televiziyalarnın öz platforması olmağına köklənməliyik. Birinci növbədə insanlara qida və sağlamlıq mədəniyyətini artıran verilişlər nümayiş etdirmək lazımdır. İkinci tip verilişlər insanların mənəvi zənginləşməsinə, vətənpərvərliyin artmasına xidmət edir. Üçüncü tip verilşlər isə insanlarda əməyə yaradıcı münasibət tələbı yaratmalıdır. İnsanlar gözləməsinlər ki, kimlərsə ona nəsə gətirib verəcək”.

Sosioloq bildirib ki, televiziyalar bu işlərdən məşğul olmaq əvəzinə ucuz şou-biznes əhlinin təbliğinə yer ayırır:

“Mən universitet müəllimiyəm, görəndə o verilişlər mənim tələbələrin müzakirəsinə və hərəkətinə keçir dəhşətə gəlirəm, Bizim informasiya siyasətimiz doğru deyil. Televiziya əhalinin keyfiyyətinə təsir edəm amildir və onu basil- başına qoymaq olmaz. Əgər əhalinin belə verlişlərə marağı artırsa və verilişin reytinqi yuxarıdırsa deməli biz bu sahədə düzgün çalışımırıq”.

Azra

 

0