Evlilik üçün ideal yaş neçə olmalıdır?

SOSİAL
14:28 / 22.05.2026
47

Evlilik təkcə iki insanın birlikdə yaşamaq qərarı deyil, həm də cəmiyyətin gələcəyini formalaşdıran əsas dəyərlərdən biridir. 

Ailə hər zaman insanların sığındığı ən vacib sosial institut sayılıb. Tarix boyu müxtəlif xalqların inanclarında, ədəbiyyatında və ənənələrində ailə münasibətləri müqəddəs anlayış kimi qəbul olunub. Lakin müasir dövrdə ailə münasibətlərinə yanaşma əvvəlki illərlə müqayisədə xeyli dəyişib. Uzunömürlü evliliklərin sayı azalır, boşanmalar isə getdikcə daha çox yayılır. 

Maraqlıdır, evlilik üçün ideal yaş neçədir?

Həkim Rasif Bağırov Hit.az-a açıqlamasında bildirib ki, ailə qurmaq və sağlam övlad sahibi olmaq üçün ən münasib yaş dövrü 18-30 yaş aralığı sayılır: 

400209

"Qadınlarda 30 yaşdan sonra reproduktiv imkanlar tədricən zəifləməyə başlayır. Xüsusilə 28-40 yaş arası estrogen hormonunun səviyyəsində azalma müşahidə olunur. 40 yaşa yaxın isə hormonal dəyişikliklər daha da sürətlənir və klimaks dövrünün ilkin əlamətləri ortaya çıxır. Kişilərdə də yaş artdıqca spermanın keyfiyyəti və aktivliyi aşağı düşür ki, bu da övlad sahibi olma prosesini çətinləşdirə bilir".

Onun dediyinə görə, hazırda Azərbaycanda gənclərin ailə qurma yaşı əvvəlki illərlə müqayisədə xeyli yüksəlib: 

“Sosial və iqtisadi çətinliklər səbəbindən bir çox insan 30 yaşdan sonra belə evlənə bilmir. Əvvəllər nadir rast gəlinən bu halın indi geniş yayılması cəmiyyətdə diqqət çəkən problemlərdən birinə çevrilib”.

Günel Cəlilova

0