Leyla Babayeva: “Restoranlara zəng edib “məni çağırın” demirəm”

MƏDƏNİYYƏT
16:00 / 22.05.2026
142

“Müğənnilik fəaliyyətim çox yaxşı gedir”.

Bu sözləri yaxın zamanda müğənniliyə də başlayan aktrisa Leyla Babayeva Hit.az-a açıqlamasında deyib. 

O artıq səhnələrə çıxdığını söyləyib:
“Artıq müğənni kimi müəyyən yerlərə dəvət oluram, səhnələr alıram. Üstəlik, ətrafımdakı insanların da qərarıma reaksiyaları çox müsbətdir. Hətta dostlarım uzun müddətdir ki, məndən bunu tələb edirdilər. Çünki mən paylaşmasam da, çoxdan oxumağa başlamışdım, bunu da ətrafım bilirdi. O baxımdan, ifalarımı dinləyənlər müğənniliyə başlamağımı istəyirdilər”.

Həmsöhbətimiz mənfi reaksiyalara isə belə cavab verib:
“Əlbəttə ki, məni istəməyənlər tərəfindən mənfi reaksiyalar da alıram. Hətta “çoxdan başlamlıydın” deyərək belə tənqid edirlər. Həmçinin, “nə üçün oxuyursan?” kimi boş-boş sözlər deyənlər də var. Lakin Allah mənə bu istedadı veribsə, səsim də varsa, nə üçün bundan yararlanmayım? Ona görə müğənniliyə başlamaqla bağlı doğru qərar verdiyimi düşünürəm”.

Leyla Babayeva ilk mahnısını nə zaman təqdim edəcəyi barədə isə bunları söyləyib:
“Əslində, ilk mahnım 13 yaşımda olub. Yəni uşaqlıqdan mahnı oxuyanam, sadəcə mənlə və məndən sonra başlayanların hamısı getdiyi üçün dayandım. Hələlik ilk mahnı və ya klip barədə düşünmürəm. Ancaq bütün bunların yavaş-yavaş olacağını deyə bilərəm”. 

Məşhur hər zaman aktrisalıq təkliflərini aldığını etiraf edib:
“Lakin hər təklifi qəbul etmirəm. Mənə uyğun olmayan rollarda oynamaq istəmirəm. Hazırda çəkildiyim film və ya serial yoxdur. Arada sosial şəbəkələrdə reklamlarla bağlı əməkdaşlıq edirəm. Son zamanlarda daha çox müğənniliklə məşğul oluram. 

Hərçənd ki, onu da öz axarına buraxmışam. Yəni başqaları kimi restoranlara zəng edib “məni çağırın” demirəm. Mən istedadıma görə dəvət gözləyirəm. Həyatım boyunca belə olmuşam, xarakterim belədir. Yoxsa indiyə qədər nə qədər layihədə rol almışdım. Ancaq mən özüm müraciət etməyi sevmirəm, istedadıma görə dəvət almaq daha gözəldir”.

Pərviz

0