"Neftçi” öz yetirməsini transfer etdi

İDMAN
17:57 / 27.05.2026
42

Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib.

Hit.az xəbər verir ki, sol cinah müdafiəçisi Rüfət Abbasov artıq “Neftçi” ailəsinin üzvüdür.

21 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb. O, “3” nömrəli formanı geyinəcək.

“Neftçi”nin yetirməsi olan Abbasov əsas komandaya 2021/22 mövsümündə cəlb edilib, 2 rəsmi oyun keçirib.

Son iki mövsümdə “Şamaxı” klubunun formasını geyinmiş Rüfət U-21 milli komandasında 17 matçda meydana çıxıb və əsas milli komandaya da dəvət olunub.

0