Niyə külək turbinləri günəş panelləri qədər populyar deyil?

TEXNO
20:37 / 21.08.2026
63

Fərdi evlər üçün günəş enerjisi getdikcə daha populyarlaşır. Bununla yanaşı, elektrik şəbəkəsinə qoşulmaqdan imtina etmək məqsədi varsa, külək enerjisi daha səmərəli ekoloji təmiz enerji mənbəyi hesab olunur.

HİT.az xəbər verir ki, “BGR” nəşri külək turbinlərinin fərdi evlər üçün niyə daha geniş yayılmış həll olmadığını araşdırıb.

Külək enerjisi, şübhəsiz ki, daha səmərəli olsa da, onun tətbiqi bir çox ev üçün real deyil. Külək turbinlərinin faydalı iş əmsalı 20-40 faiz arasında dəyişə bilər. Günəş panellərində isə bu göstərici 15-23 faiz təşkil edir.

Külək turbinləri kənd yerləri üçün daha uyğun seçim ola bilər. Lakin turbinin təxminən 9 metr hündürlükdə yerləşdirilməsi tələb olunur və buna görə də onu şəhər ərazisində quraşdırmaq çətindir. Bundan başqa, külək enerjisindən yalnız küləkli ərazilərdə səmərəli istifadə etmək mümkündür.

Daha dəqiq desək, kifayət qədər enerji istehsal etmək üçün müəyyən ərazidə orta külək sürəti saatda təxminən 16-18 kilometr olmalıdır.

Təxmini hesablamalara görə, 5 kVt gücündə külək turbininin illik istehsalı təxminən 7 440 kVt/saat təşkil edir. Bu göstərici nəzərə alındıqda, külək enerjisinin hər nominal kilovat gücü 4 000-8 000 ABŞ dollarına başa gəlir.

Beləliklə, illik istehsalı 10 000 kVt/saata çatdırmaq üçün ilkin xərclər təxminən 50 000 dollara qədər yüksələ bilər.

Bununla yanaşı, belə layihələrin özünü doğrultması təxminən 10 il çəkir. Bu isə istehsal olunan elektrik enerjisinin üstünlüklərindən tam yararlanmaq üçün uzun müddət gözləmək lazım olduğu anlamına gəlir.

Günəş enerjisində isə bu müddəti təxminən iki dəfə azaltmaq mümkündür. Ev üçün 10 kVt gücündə günəş enerjisi sisteminin quraşdırılması təxminən 25 000 dollara başa gəlir. Bundan əlavə, günəş panelləri coğrafi mövqeyə və quraşdırılacaq yerə daha az tələbkardır.

Samir

0