Azərbaycanda əkizlər qəbul imtahanında eyni balı topladı - FOTO

ÖLKƏ
23:15 / 11.09.2020
900

Kürdəmir rayonu, Şilyan kənd orta məktəbinin məzunları olan əkiz bacılar – Nuranə və Aynurə Əhmədovalar qəbul imtahanında da eyni bal toplayıblar. Bu barədə sosial şəbəkədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb.

Şilyan kənd orta məktəbinin direktoru Talıb Cahangirov məlumatı təsdiqləyib. Direktor bildirib ki, bacılardan biri – Nuranə Əhmədova I qrupa, Aynurə Əhmədova isə II qrupa imtahan verib.
“İkinci qrupa imtahan verən Aynurə əvvəlcə dizayner olmaq istəyirdi, amma sonra fikrini dəyişdi, indi tarix və coğrafiya müəllimi olmaq istəyir. Digər bacı isə riyaziyyat-informatika müəllimliyini seçib”, - deyə T. Cahangirov bildirib.

(Qafqazinfo.az)

0