Həftəlik reytinqlər: Məşhur serial 5 sıra gerilədi

MƏDƏNİYYƏT
14:14 / 02.11.2026
191

Türkiyədə keçən həftənin ən çox baxılan serialları bəlli olub.

Hit.az xəbər verir ki, 26 oktyabr – 1 noyabr tarixlərində “Total” kateqoriyasında ən çox izlənilən serial kimi “Taşacak Bu Deniz” zirvədə yer alıb.

Ötən həftə ilə müqayisədə “Uzak Şehir”, “Sevdan Bir Ateş” və “Daha 17” iki sıra yüksəlib. “Altı Üstü İstanbul” isə 5 sıra birdən geriləyib. “Kızılcık Şerbeti” ilə “Güller ve Günahlar” siyahıdan kənarlaşıb. Onların yerinə “Güneşin Doğduğu Yer” və “Anne Yarısı” onluğa daxil olub.  

Beləliklə, həftənin ən çox izlənilən serialları aşağıdakılardır:

1.    “Taşacak Bu Deniz” – “TRT1” 
2.    “Uzak Şehir” – “Kanal D”
3.    “Yeraltı” - “Now TV”
4.    “Sevdan Bir Ateş” – “Show TV”
5.    “Daha 17” – “Kanal D”
6.    “Ömür Usta” – “Now TV”
7.    “Güneşin Doğduğu Yer” – “ATV”
8.    “Altı Üstü İstanbul” – “ATV”
9.    “Anne Yarısı” – “Now TV”
10.    “Teşkilat” – “TRT1”.

Pərviz Şimşək

0