“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi

İDMAN
14:00 / 02.11.2026
50

“Fənərbaxça”nın yeni baş məşqçisinin adına aydınlıq gəlib. 

QOL.az xəbər verir ki, bu barədə Türkiyənin "HT Spor" telekanalı məlumat yayıb. İstanbul təmsilçi portuqaliyalı mütəxəssis Sergio Konseysao ilə anlaşıb.

Bildirilib ki, İsmail Kartalın ayrılmasından sonra yeni baş məşqçi axtarışına çıxan klub rəhbərliyi 51 yaşlı mütəxəssisin namizədliyi üzərində dayanıb. Tərəflər arasında razılıq əldə olunub və Konseysaonun yaxın vaxtlarda İstanbula gələcəyi gözlənilir.

Qeyd edək ki, portuqaliyalı məşqçi 2017-2024-cü illərdə “Portu”ya rəhbərlik edib. O, bu komandanın başında keçirdiyi 368 matçda 2,29 xal ortalaması göstərib. Konseysao “Portu” ilə 3 dəfə ölkə çempionu olub, 4 dəfə Portuqaliya Kubokunu, 1 dəfə Liqa Kubokunu və 3 dəfə ölkə Superkubokunu qazanıb.

Mütəxəssis 2024/2025 mövsümündə “Milan”ı çalışdırıb. İtaliya klubunda 31 matça çıxan Konseysaonun xal ortalaması 1,71 olub. Onun rəhbərliyi altında “Milan” İtaliya Superkubokunun qalibi adını qazanıb.

Son iş yeri Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu olan məşqçi bu komandada 41 qarşılaşmaya çıxıb. Həmin görüşlərdə kollektiv 21 qələbə qazanıb, 7 heç-heçə edib və 13 dəfə məğlub olub. Konseysaonun burada da xal ortalaması 1,71 təşkil edib.

0