Moldova Prezidenti Maya Sandu ölkəsinin Rusiyanın hibrid müharibəsi ilə üzləşdiyini iddia edib. O, Moskvanı Kişinyovun suverenliyinə hörmət etməməkdə və Moldova üzərində nəzarət qurmağa çalışmaqda ittiham edib
HİY.az xəbər verir ki, Sandu bu fikirləri Macarıstanın “Válasz Online” nəşrinə müsahibəsində səsləndirib.
Prezidentin sözlərinə görə, Rusiya Moldovaya nəzarət etməklə ölkədən Ukraynaya qarşı istifadə etmək niyyətindədir. O, bu vəziyyətin Moskvanın Moldovanın müstəqilliyinə və suverenliyinə hörmət etmədiyini göstərdiyini bildirib.
Sandu ölkədə hakimiyyətə Rusiyaya yaxın siyasi qüvvələrin gələcəyi ehtimalını da gündəmə gətirib. Onun fikrincə, belə bir ssenarinin Ukraynaya və bütövlükdə regionun təhlükəsizliyinə mümkün təsirləri nəzərə alınmalıdır.
Moldova lideri ölkənin suverenliyinin qorunmasının və Rusiyanın daxili siyasi proseslərə müdaxiləsinə imkan verilməməsinin regional sabitliyə töhfə verdiyini vurğulayıb.
Samir


