ÖLKƏ
17:11 / 16.02.2021
687

16 qazi xaricə müalicəyə göndəriləcək - FOTOLAR

“YAŞAT” Fondu tərəfindən xaricdə müalicəsi davam etdiriləcək qazilərimiz və onların ailə üzvləri üçün Səyyar ASAN xidmət həyata keçirilib.

“ASAN xidmət”dən verilən məlumata görə, müvafiq kateqoriyadan olan 16 qazi və 3 ailə üzvü üçün ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilib.

Müvafiq xidmət əlavə səyyar xidmət haqqı olmadan həyata keçirilib, eyni zamanda zəruri olan dövlət rüsumu “ASAN xidmət” tərəfindən qarşılanıb.

0