Avropada asfalt üzərindəki sarı "X" nişanı sürücülərə hansı qadağanı xatırladır?

DÜNYA
11:42 / 01.11.2026
57

Avropanın, xüsusilə İspaniyanın bəzi şəhərlərində yollarda sarı kvadratın içərisində “X” işarəsi olan qeyri-adi nişanlara rast gəlinir. Bir çox sürücünün mənasını bilmədiyi bu nişan fövqəladə hallar xidmətlərinin fəaliyyəti üçün nəzərdə tutulub.

HİT.az xəbər verir ki, bu barədə “Auto Bild” nəşri məlumat yayıb.

Məlumata görə, asfalt üzərində çəkilən sarı “X” işarəsi yanğın hidrantlarının və su götürmə məntəqələrinin yerini göstərir. Bu nişan yanğınsöndürənlərə hadisə zamanı su ehtiyatını haradan təmin edə biləcəklərini müəyyənləşdirməyə kömək edir.

Belə işarələnmiş sahələrdən yanğınsöndürən avtomobillər, təcili tibbi yardım maşınları, polis və digər fövqəladə xidmət əməkdaşları istifadə edə bilər.

Digər sürücülərə isə həmin ərazilərdə avtomobili saxlamaq və park etmək tövsiyə olunmur. Nəşrin yazdığına görə, bu qaydanın pozulması ciddi inzibati xəta hesab edilə və cərimə ilə nəticələnə bilər.

Qeyd olunur ki, sarı “X” işarəsi İspaniyanın getdikcə daha çox şəhərində tətbiq edilir. Buna baxmayaraq, sürücülərin bir qismi onun hansı məqsədlə çəkildiyindən xəbərsizdir.

Samir

0