"Neftçi" liderliyə yüksəldi

İDMAN
17:37 / 01.11.2026
145

Misli Premyer Liqasında 10-cu tur davam edir. 

Hit.az xəbər verir ki, üçüncü oyun gününə nəzərdə tutulan matçlardan biri artıq başa çatıb. 

“Şamaxı” öz meydanında “Neftçi”ni qəbul edib. Görüş "ağ-qaralar"ın 3:2 hesablı qələbəsi ilə başa çatlb. Beləliklə, paytaxt klubu bu qələbə ilə turnir cədvəlində liderliyə yüksəlib. 

“Kəpəz” isə doğma divarlar arasında “İmişli”ni sınağa çəkir. 

 

Misli Premyer Liqası

10-cu tur

1 noyabr (bazar)

17:30. “Kəpəz” - “İmişli” - 0:0 (Birinci hissə)

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İslam Məmmədov, Rəşad Əhmədov (VAR), Kərim Zeynalov (AVAR)

Gəncə şəhər stadionu

 

15:00. “Şamaxı” - “Neftçi” - 2:3

Qollar: Qustavo Klisman, 14 (0:1), Abdullahi Şuaybu , 24 (1:1), Breno Almeyda, 49 (1:2), Ayman Bouali, 64 (2:2), Adeleke Akinyemi, 75 (2:3)

Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Emin Əliyev, Kamal Umudlu (VAR), Vüsal Məmmədov (AVAR)

Şamaxı şəhər stadionu

0