ÖLKƏ
20:31 / 30.11.2021
311

"Helikopterin pilotu I Qarabağ müharibəsində də iştirak edib" - Elçin Quliyev

"Helikopterin pilotu ən yüksək səviyyədə ağır şəraitlərdə uçuşlarda təlimatlı olan pilotlarımızdan biridir. Uçuş imkanı və icazəsi olan pilotlarımızdan biridir. Polkovnik Füzuli Cavadov I Qarabağ müharibəsində də iştirak edib".

Hit.az xəbər verir ki, bu fikirləri Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev hərbi helikopterin qəzaya uğraması ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, helikopter demək olar yeni helikopterdir və qısa müddət öncə təmir işləri aparılıb.

0