Tarixin 2 noyabrı...

MARAQLI
10:30 / 02.11.2026
166

Bu gün tarixin vərəqlərində 2 noyabrdayıq.

Hit.az xəbər verir ki, bu gün bir sıra tarixi hadisələrlə yadda qalıb.

Həmçinin, 2 noyabr bir sıra görkəmli şəxsin doğum günü kimi xatırlanır. Eyni zamanda, bəzi tarixi şəxslərin də vəfat günü bu günə təsadüf edir. Beləliklə, tarixin 2 noyabrına nəzər salırıq.

2 noyabrda baş verənlər:
1992-ci ildə Azərbaycan, Efiopiya və Seyşel adaları arasında diplomatik əlaqələr qurulub. 2008-ci ildə Azərbaycan, Ermənistan və Rusiya prezidentləri tərəfindən Moskva Bəyannaməsi imzalanıb. 2020-ci ildə İkinci Qarabağ müharibəsi çərçivəsində Azərbaycan Silahlı Qüvvələri Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşa Bulaq kəndlərini, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ kəndlərini, Qubadlı rayonunun isə İşıqlı, Muradxanlı və Milanlı kəndlərini Ermənistanın işğalından azad edib. Həmçinin, 1889-cu ildə Şimali Dakota və Cənubi Dakota ABŞ-nin 39-cu və 40-cı ştatı olub. 1924-cü ildə Uruqvay milli futbol komandası Amerika Kubokunu qazanıb.

2 noyabrda doğulanlar:
1937-ci ildə Xalq artisti, bəstəkar Emin Sabitoğlu və 1989-cu ildə Əməkdar artist, pianoçu İsfar Sarabski dünyaya gəlib.

Həmçinin, 1470-ci ildə İngiltərə kralı V Eduard, 1549-ci ildə İspaniya kraliçası Avstriyalı Anna, 1755-ci ildə Fransa kraliçası Mariya Antuanetta, 1835-ci ildə rus şair Dmitri Minayev, 1844-cü ildə Osmanlı sultanı V Mehmed, 1869-cu ildə macarıstanlı yazıçı İqnotus, 1910-cu ildə alban opera müğənnisi Tefta Taşko-Koko, 1929-ci ildə kanadalı fizik Riçard Teylor, 1962-ci ildə türk müğənni Nuray Hafiftaş, 1965-ci ildə hindistanlı film aktyoru Şahrux Xan, 1980-ci ildə türk müğənnisi Mustafa Ceceli doğulub.

2 noyabrda vəfat edənlər:
1944-cü ildə leytenant, partizan, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə, 1988-ci ildə aktrisa Hökümə Qurbanova və 1997-ci ildə kinorejissor Niyazi Bədəlov dünyasını dəyişib.

Həmçinin, 1950-ci ildə irlandiyalı dramaturq Corc Bernard Şou, 1976-ci ildə fransız velosipedçi Aleksis Miçiels, 1992-ci ildə çeçenistanlı müğənni Məryəm Aydəmirova və 2021-ci ildə suriyalı opera müğənnisi Səbah Fəxri vəfat edib.

Pərviz

0