Helikopter qəzası ilə bağlı yanlış məlumat verənlər məsuliyyətə cəlb ediləcək

ÖLKƏ
20:45 / 30.11.2021
494

Baş Prokurorluq helikopter qəzası ilə bağlı KİV və sosial şəbəkələrdə dəqiqləşdirilməmiş, ajeotaj yaradacaq məlumatlar yaymamağa çağırıb.

"Unikal" xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə brifinqdə bildirib ki, KİV və sosial şəbəkələrdə dəqiqləşdirilməmiş, rəsmi mənbələrə istinad olunmadan ajiotaj yaradacaq məlumatlar yayılmaması xahiş olunur. “Bu kimi hallar baş verdikdə qanunla nəzərdə tutulmuş tədbirlər tətbiq edilməklə məsuliyyətə cəlb edilmələri təmin ediləcək”, - deyə mətbuat xidmətinin rəhbəri qeyd edib.

0