ÖLKƏ
21:19 / 30.11.2021
336

Helikopterin havaya qalxdıqdan neçə dəqiqə sonra qəzaya uğradığı AÇIQLANDI

Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus helikopter qəzasının baş vermə vaxtı açıqlanıb.

HİT.az xəbər ki, bu barədə DSX-nin rəisi, general-polkovnik Elçin Quliyev hərbi helikopterin qəzaya uğraması ilə bağlı bu gün keçirdiyi brifinqdə bildirib:

“Baş vermiş hadisə ilə əlaqədar qeyd etmək istərdim ki, bu gün DSX-nin Mİ-17 tipli 20136 bort nömrəli helikoteri təlim məqsədi ilə Səngəçal aerodromundan saat 10:16-da havaya qalxaraq Qaraheybət təlim meydanı istiqamətində hərəkətlənmişdir. Saat 10:36-da təlim meydanında təyin olunmuş meydana eniş edərkən helikopter qəzaya uğramışdır. Qəza nəticəsində 14 hərbi qulluqçumuz həlak olmuş, 2 hərbi qulluqçumuz yaralanmışdır”.

0