İsti havalarda infeksiyalardan necə qorunaq? - AÇIQLAMA

ÖLKƏ
14:52 / 14.07.2023
543

"Yay aylarında daha çox bakterial mənşəli mədə-bağırsaq infeksiyaları ilə qarşılaşırıq".

Bu sözləri HİT.az-a açıqlama verən infeksionist Mərdan Əliyev deyib.

Onun sözlərinə görə, bunun əsas səbəbi havaların isti olması ilə əlaqəlidir:

"Çünki havaların isti olması bakteriyaların inkişafına şərait yaradır. Bu bakteriyalar həm qidalarda, həm də suda mövcud ola bilir. Düzgün saxlanılmayan qidaları istifadə etdikdə insana bakteriya yoluxur və mədə-bağırsaq infeksiyaları yaranır. Burada adətən qusma, ishal və bağırsaq pozğunluğu müşahidə edilir. 

Həmçinin, suyun rolunu da qeyd etmək lazımdır. Əgər dəniz suyu da çimmək üçün yararlı deyilsə, o zaman insana mədə-bağırsaq infeksiyaları, mikroblar və helmintozlar adlanan qurd xəstəlikləri yoluxur".

329922

İnfeksionist qeyd edib ki, bunun qarşısını almaq üçün qidaların normal saxlanılmasına fikir vermək lazımdır:

"Bir gündən artıq saxlanılan qidaları yeməmək tövsiyə olunur. Soyuducular da normal şəkildə olmalıdır. Hətta soyuducunun qapısını tez-tez açıb-bağladıqda da oradakı temperatur istiliyə doğru dəyişir və qidaların saxlanması üçün optimal temperatur olmur. Təbii ki, normativlərə uyğun olmayan çimərliklərə də getməmək lazımdır. Xüsusən də uşaqları və yaşlı şəxsləri ora aparmaq olmaz. Çünki onların immun sistemi daha zəif olduğu üçün belə infeksiyalara qarşı da həssas olurlar. 

Bununla yanaşı, içdiyimiz sulara da diqqət etməliyik. Çalışmaq lazımdır ki, daha çox qaynadılmış sulardan istifadə olunsun. Amma təmiz və ya filtr suyudursa, ondan çiy şəkildə də istifadə etmək olar".

Pərviz

0