Bələdiyyə təhsil müəssisələrinin şagirdlərinə dərsliklər pulsuz veriləcək

20:02 / 07.09.2020
551

Bələdiyyə ümumi təhsil müəssisələrində təhsilalanların dövlət hesabına dərsliklərlə təmin olunması təklif edilir.

HİT.Az xəbər verir ki, bununla bağlı “Təhsil haqqında” qanunun 35-ci maddəsində ( Təhsilalanların sosial müdafiəsi) dəyişiklik olunur.

Dəyişikliklə dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində təhsilalanlar dərsliklərlə müəyyən edilmiş qaydada dövlət hesabına təmin оlunacaqlar.

Qanunun hazırkı variantı isə belədir: “Dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar dərsliklərlə müəyyən edilmiş qaydada dövlət hesabına təmin оlunurlar”.

0