Mopedlərlə bağlı yeni qanun nələri dəyişəcək? - ŞƏRH

ÖLKƏ
12:10 / 01.08.2023
811

Milli Məclis tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə edilmiş əlavə və dəyişiklik bu gündən etibarən qüvvəyə minir.

Dəyişikliyə əsasən mühərrikinin işçi həcmi 50 kub/santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən çox olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin qeydiyyatdan keçməməsi avqustun 1-dən etibarən inzibati məsuliyyət yaradacaq. Eyni zamanda, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan mexaniki nəqliyyat vasitələrini idarə edən şəxslərdən “A1” altkateqoriyalı sürücülük vəsiqəsi tələb olunacaq.

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev HİT.az-a şərhində bildirib ki, bu qərarın müsbət tərəfləri olacaq:

331020

"İlk növbədə bugünkü mövcud nizamsız vəziyyət nizama salınacaq. Yeni qanun hüquq müstəvisində dünənə kimi sənədsiz hərəkət edən moped sürücülərini artıq daha məsuliyyətli olmağa sövq edəcək. Yəni artıq onlar qarşısında konkret tələblər olacaq. Bu dəyişikliklərə əsasən onların da sürücülük vəsiqəsi olmalıdır. Əlbəttə ki, bu da öz növbəsində onların məsuliyyətini daha çox artıracaq".

Pərviz

0