EKONOMİKS
10:25 / 21.06.2022
165

Neftimiz neçəyə satılır?

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti azalıb.

HİT.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 1,11 ABŞ dolları, yaxud 0,91 % azalaraq 120,86 ABŞ dolları təşkil edib.

Hərraclarda “Brent” markalı neftin avqust fyüçersləri 115,23 ABŞ dollardan satılıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

0