Maşınların qatar qarşısına çıxmasının dəhşətli statistikası

HADİSƏ
20:20 / 19.11.2023
341

Bu il ADY-yə məxsus dəmir yolu keçidlərində avtomobil nəqliyyatı vasitələrinin qatarın qarşısına qəfil çıxması nəticəsində 5 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

Azərbaycan Dəmir Yollarından verilən məlumata görə, hərəkətdə olan qatarın qarşısına qəfil insan çıxması nəticəsində isə 5 nəfər həlak olub, 6 nəfər ağır xəsarət alıb.

"Özünüzün və başqalarının həyatlarını təhlükəyə atmamaq üçün dəmir yolu keçidlərindən keçərkən ehtiyatlı olun. Mütləq təyin olunmuş keçidlərdən istifadə edin!

19 noyabr Yol-nəqliyyat hadisələri qurbanlarının Ümumdünya Anım Günüdür. Yol-nəqliyyat hadisələri bir insanın, bir ölkənin və ya bir qitənin problemi deyil – bu hamımızı narahat edən qlobal məsələdir. Gəlin, qaydalara riayət edək, yollarımız daha təhlükəsiz olsun!" - ADY-nin məlumatında bildirilir.

0