Narkotik əməliyyatında bacı-qardaş həbs edildi - FOTO

09:35 / 05.12.2023
237

Qubada narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

HİT.az DİN-in Mətbuat xidmətinin Quba regional qrupuna istinadən xəbər verir ki, Quba RPŞ-nin keçirdiyi tədbirlərlə narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən ümumilikdə 4 nəfər saxlanılıb.

Bunlar Bakı şəhər sakinləri Orxan Əsədullayev, Əsmər Əsədullayeva, Sadiq Rəhimov və Nailə Qurbanovadır.

Həmin şəxslər qrup şəklində Quba rayonuna - əvvəlcədən planlaşdırılmış yerə gələrək oradan 7 kiloqrama yaxın narkotik vasitəni Bakıya aparmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıblar.

O.Əsədullayev və S.Rəhimov əvvəlcə hadisə yerindən qaçsalar da, daha sonra keçirilən tədbirlər zamanı Bakı şəhərində saxlanılaraq Qubaya gətiriliblər.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Orxan Əsədullayevin, Əsmər Əsədullayevanın və Sadiq Rəhimovun barələrində həbs qətimkan tədbiri, Nailə Qurbanovanın barəsində isə digər qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, O.Əsədullayevlə Ə.Əsədullayeva bacı-qardaşdır.

0