Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı - FOTO

HADİSƏ
13:54 / 09.11.2026
39

Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb.

Manset.az-ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb.

Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşına ciddi zərər dəysə də, xəsarət alanın olmadığı bildirilir.

Hazırda hadisənin aradan qaldırılması ilə bağlı iş aparılır.

 

0