Üç bürc üçün yeni dövr başlayır: Onları böyük xoşbəxtlik gözləyir

MARAQLI
21:51 / 08.11.2026
42

8 noyabr 2026-cı ildən etibarən üç bürcün nümayəndəsi üçün daha əlverişli vəd edən yeni mərhələnin başlayacağı iddia olunur. Astroloji proqnoza görə, Lilithin düz hərəkətə keçməsi bu bürclərin həyatına yeni imkanlar, enerji və sevindirici dəyişikliklər gətirə bilər.

HİT.az xəbər verir ki, bu barədə “YourTango” nəşri məlumat yayıb.

Astroloji şərhlərə əsasən, son vaxtlar durğunluq yaşayan məsələlər yenidən hərəkətə gələcək. Bu dövrdə sözügedən bürclərin nümayəndələri özlərinə daha çox inanacaq, yeni addımlar atmağa və uzun müddətdir təxirə saldıqları planları həyata keçirməyə meyilli olacaqlar.

Tərəzi

Noyabr ayı Tərəzilər üçün yeniliklərə açıq olmaq və öz sərhədlərini aşmaq dövrü kimi xarakterizə edilir. Ətrafdakılar dəyişikliklərə ehtiyatla yanaşdığı halda, bu bürcün nümayəndələri yeni təcrübələr qazanmağa və fərqli imkanları sınamağa can atacaqlar.

Astroloji proqnoza görə, qarşılarına həm mənəvi məmnunluq, həm də real fayda gətirə biləcək perspektivli fürsət çıxacaq. Tərəzilərə qeyri-adi təkliflərdən çəkinməmək və qərar verməkdə tərəddüd etməmək tövsiyə olunur.

Oxatan

Oxatanlar üçün bu dövr yaradıcılıq, enerji və özünüifadə baxımından əlverişli hesab olunur. Onlarda eyni vaxtda bir neçə işə başlamaq, yeni ideyalar irəli sürmək və bacarıqlarını nümayiş etdirmək istəyi arta bilər.

Xüsusilə yaradıcı fəaliyyət və şəxsi layihələrin uğur gətirəcəyi bildirilir. Proqnoza görə, Oxatanlar öz potensiallarını ortaya qoymaqdan çəkinməsələr, yeni imkanlar əldə edə bilərlər. Cəsarətli qərarlar onların qarşısında fərqli perspektivlər aça bilər.

Balıqlar

Balıqlar üçün noyabr planlaşdırma, düşünmə və gələcək dəyişikliklərə hazırlaşmaq dövrü olacaq. Astroloji şərhlərdə bu bürcün nümayəndələrinin qarşıdakı bayramlarla bağlı fərqli ideyalara və yaradıcı layihələrə daha çox maraq göstərəcəyi qeyd olunur.

Lilithin hərəkətinin onlara əlavə motivasiya verəcəyi, planlarını konkret addımlara çevirməyə kömək edəcəyi iddia edilir. Balıqlara başladıqları işləri yarımçıq qoymamaq, gündəlik həyatın xoş məqamlarına diqqət yetirmək tövsiyə olunur.

Samir
 

0