Yaponiyanın nəhəng avtomobil istehsalçısı “Toyota” sürpriz bir addım atıb.
Hit.az xəbər verir ki, şirkət əfsanəvi “Celica" adını yenidən avtosport səhnəsinə qaytararaq yeni “GR Celica” modeli ərsəyə gətirib.
Üstəlik, sözügedən modelin 2027-ci il Dünya Ralli Çempionatında mübarizə aparacağını rəsmən açıqlanıb. Şirkətin yeni yaradılan “Toyota Racing” bayrağı altında yarışacaq avtomobilin sükanı arxasında Elfin Evans, Oliver Solberq və Sami Payari kimi pilotlar əyləşəcək.
Finlandiyanın Yüvəskülə şəhərindəki ralli mərkəzində yeni texniki reqlamentə uyğun işlənib hazırlanan və homologasiyasının 2026-cı ilin sonunadək tamamlanması gözlənilən “GR Celica”, “GR Yaris” modeli ilə bərabər güc və performans nümayiş etdirəcək.
Qeyd edək ki, şəhər yolları üçün nəzərdə tutulan mülki versiyası hələ rəsmən təsdiqlənməsə də, bu addım markanın yeni ikiqapılı kupe idman avtomobili hazırlaması haqqında iddiaları daha da gücləndirib.
Pərviz


