İmişlidə ağır avtoqəza: İki nəfər öldü

HADİSƏ
11:43 / 09.11.2026
34

İmişli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

HİT.az "Report"a istinadən xəbər verir ki, hadisə İmişli-Kürdəmir yolunun İmişli rayonundan keçən hissəsində baş verib.

Belə ki, "Kia" markalı minik avtomobili yük avtomobilinin qoşqusuna çırpılıb. Avtoqəza nəticəsində 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

0