Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşi Super Liqada "play-off" sisteminin tətbiq olunacağı iddiaları ilə bağlı ilk dəfə danışıb.
HİT.az xəbər verir ki, o, bunun mümkün ola biləcəyini açıqlayıb.
TFF rəhbəri Türkiyə Liqasının yayım gəlirlərinin azaldığını diqqətə çatdırıb:
"Super Liqanın yayım gəlirləri 120 milyon dollardan 90 milyon dollara düşüb. Canlı yayım izlənmələrimiz çox aşağıdır. Liqamızın marka dəyərini yüksəltməliyik. Bu, "play-off" sistemi, yoxsa başqa şəkildə olar bilmirik. Amma "play-off" sisteminə qarşı deyilik. Buna klublarla birlikdə qərar verəcəyik".
Mehmet Büyükeşi yeni ofsayt qaydasının 1 yanvar 2024-cü ildən etibarən Türkiyə Super Liqasında tətbiq olunacağını da söyləyib. TFF prezidenti millidəki əsas hədəflərinin isə "AVRO-2024"-ə qatılmaq olduğunu vurğulayıb.
Pərviz