Rusiyada Azərbaycan restoranı 265 milyona satılır

ÖLKƏ
12:35 / 10.11.2026
31

Rusiyada Azərbaycan yeməkləri ilə xidmət göstərən məşhur restoran satışa qoyulub.

Modern.az xəbər verir ki, söhbət Kurqan şəhəri, Qoqol küçəsi, 98a ünvanında yerləşən “Versal” restoran-hotel kompleksindən gedir.

Məlumata görə, obyektin sahibi hazır biznesi 265 milyon rubla (5 milyon 596 min manat) satmaq istəyir.

Dördmərtəbəli binanın ümumi sahəsi 1700 kvadratmetrdir.

2019-cu ildən fəaliyyət göstərən kompleksə 30 hotel nömrəsi, restoran və qapalı avtomobil dayanacağı daxildir.

Restoranda Avropa və Azərbaycan mətbəxinin müxtəlif təamları təqdim olunur.

0