Formula 1: Azərbaycan Qran-prisi davam edir

İDMAN
09:06 / 25.09.2026
43

Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci günə bu gün start veriləcək.

HİT.az xəbər verir ki, ilk olaraq "Formula 2"də sprint yarışı keçirilir.

Daha sonra "Formula 1"də üçüncü sərbəst yürüş gerçəkləşəcək.

Ardınca iki dərəcəli pilotların ilk əsas yarışı, "Formula 1"də isə sıralama turu baş tutacaq.

Azərbaycan Qran-prisində ikinci günün proqramı

25 sentyabr

08:15. "Formula 2": Sprint yarışı
12:30. "Formula 1": Üçüncü sərbəst yürüş
14:15. "Formula 2": Birinci əsas yarış
16:00. "Formula 1": Sıralama turu

Qeyd edək ki, Bakıdakı Qran-pri sentyabrın 26-da başa çatacaq.

0