Həftəlik reytinqlər: “Yeraltı” xeyli gerilədi

MARAQLI
10:30 / 11.11.2026
176

Türkiyədə ötən həftənin ən çox izlənilən serialları bəlli olub.

Hit.az xəbər verir ki, qardaş ölkədə 2-8 noyabr tarixlərində “Total” kateqoriyasında ən yüksək reytinqi yenə də “Taşacak Bu Deniz” toplayıb.

Reytinq sıralamasında ötən həftə ilə müqayisə də xeyli dəyişiklik baş verib, amma ilk iki yer olduğu kimi qalıb. Ən böyük şoku “Yeraltı” yaşayıb. Adıçəkilən ekran işi  5 sıra geriləyib. “Ömür Usta” və “Altı Üstü İstanbul” isə 3 sıra yüksəlib. Onluqda “Güneşin Doğduğu Yer” və “Anne Yarısı”nı “Kızılcık Şerbeti” ilə “Güllər və Günahlar” əvəzləyib.

Beləliklə, keçən həftənin reytinq siyahısı belədir:

1. “Taşacak Bu Deniz” – “TRT1” 
2. “Uzak Şehir” – “Kanal D”
3. “Ömür Usta” – “Now TV”
4. “Sevdan Bir Ateş” – “Show TV”
5. “Altı Üstü İstanbul” – “ATV”
6. “Kızılcık Şerbeti” – “Show TV”
7. “Daha 17” – “Kanal D”
8.  “Yeraltı” - “Now TV”
9. “Güllər və Günahlar” – “Kanal D”
10. “Teşkilat” – “TRT1”.   

Pərviz Şimşək

0