Onlayn qumar və mərc oyunlarına qarşı Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatla saxlanılan 43 yaşlı Həsən Səbili hakim qarşısına çıxarılıb.
HİT.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, o, Cinayət Məcəlləsinin 193-1.3.2, 244-1.2.2 və 244-1.2.4-cü maddələri üzrə təqsirli bilinib.
Məlum olub ki, H.Səbili 2025-ci il ərzində müxtəlif maliyyə əməliyyatları aparmaqla 646 min 761.33 manat məbləğində pul vəsaitlərinin izinin itirilməsinə nail olub. Bu üsulla müştərilərin "7isles" adlı onlayn kazino veb-saytında qumar oynamalarını təmin etməklə internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə edərək qumar oyunları təşkil etmək və keçirməklə ümumilikdə xeyli miqdarda, yəni 650 min manata qədər pul vəsaitini leqallaşdırıb.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Səbiliyə 7 il 6 ay həbs cəzası verilib.


